Yuxarı

“CBC Sport” ÇL-də "Qarabağ"ın bu oyunlarını yayımlamayacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“CBC Sport” ÇL-də "Qarabağ"ın bu oyunlarını yayımlamayacaq

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları yenidən İctimai Televiziyada (İTV) yayımlanacaq.

Telekanaldan Axar.az-a verilən məlumata görə, “Saran Media” və ölkə ərazisində əsas yayımçı olan “CBC Sport” telekanalı ilə əldə edilən razılaşma əsasında 2025/2026-cı illər mövsümündə bu turnirlərin görüşləri İctimai Televiziyanın canlı efirində təqdim olunacaq. Futbol həvəskarları hər oyun günü 1 qarşılaşmanı İTV-nin efirində izləyə biləcək.

Razılaşmaya əsasən, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu İctimai Televiziyanın efirində nümayiş etdiriləcək. Yeni mövsümdə yayımlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" görüşü olacaq.

Xatırladaq ki, İTV ardıcıl 4-cü mövsümdə avrokubok oyunlarını idmansevərlərə təqdim edəcək.

Tarix
2025.09.13 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla