Yuxarı

Qurbanov tarixi qələbədən danışdı: Bu, mütləq olmalıdır!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov tarixi qələbədən danışdı: Bu, mütləq olmalıdır!

22:42

"Qarabağ"ın futbolçuları "Kopenhagen"dən çəkinməyiblər.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri (2:0) UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Futbolçuları və azarkeşləri təbrik edirəm. Bu gün meydanda birlikdə idilər. Gözəl qalibiyyət əldə etdik. Oyunçular rəqibdən çəkinmədilər, mübarizə apardılar. Bu cür mübarizə aparmaq qarşıdakı matçlarda faydalı olacaq. Rəqibimizə uğurlar arzulayıram. Onlar da yaxşı görürlər. Pozitiv komandadır".

Qurbanov hər zaman qələbəyə inandıqlarını söyləyib:

"Bu mövsüm avrokuboklarda daha yaxşı nəticəyə ümid edirdim. Həmişə inamla işləyirəm. Bu, mütləq olmalıdır. Birimiz qorxsaq, çəkinsək, uğur qazana bilmərik. İnamsız meydana çıxsaq, məğlub olarıq. Bəlkə də, iki turda altı xal gözləmirdim, amma inanırdım. Cənab Prezident İlham Əliyev də bizi təbrik edib. Ona təşəkkür edirəm. Bu, məsuliyyətimizi daha da artırır".

Baş məşqçi gələcək hədəfləri barədə danışıb:

"Həyatda çox şey istəyə bilərik. "Qarabağ" mənim məşqçi kimi formalaşmağımda ən böyük silah olub. Bu komandanın adı məni yorulmağa, inamsız olmağa qoymadı. Hədəfimiz stabilliyi saxlamaq idi. Uğurun gələcəyini bilirdik. Futbolçulardan həmişə əsgər kimi vuruşmağı tələb etmişəm. Çox nadir hallarda komanda yorğun olub və istədiklərimizi edə bilməyib. Böyük və iddialı klublar da bəzən büdrəyirlər. Hamı inkişaf edir, yenilik axtarır".

Qeyd edək ki, təmsilçimiz "Kopenhagen"i 2-0 məğlub edib.

Tarix
2025.10.01 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla