Yuxarı

Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa

Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının sədrinin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Axar.az lent.az-a istinadla xəbər verir ki, buna səbəb həmin ittifaqın, dövlət büdcəsi və fondlara ümumilikdə 31 min 605 manat məbləğində vergi borcunun olmasıdır.

Borcların ödənilməsi ilə bağlı İttifaqa dəfələrlə bildiriş göndərilsə də, ödənişlər yerinə yetirilməyib. Nəticədə Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsi məhkəmədə iddia qaldırıb. İddiada Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının sədri, 78 yaşlı Mücaməddin Möhsün oğlu Axundovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması istənilib.

Məhkəmə iddianı təmin edib. Qərara əsasən, İttifaqın borcları ödənilənədək Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının tərkibində fəaliyyət göstərir. Birlik regionda yerli istehlak, ticarət və kənd təsərrüfatı xidmətlərini tənzimləyən və dəstəkləyən qurumlardan biridir. Mücaməddin Axundov Tovuz Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvüdür.

Xatırladaq ki, bundan əvvəl də Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının vergi borcları ilə bağlı mediada xəbərlər yayılıb.

Tarix
2026.10.28 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla