Yuxarı

FHN idmançıları Dubayda yüksək nəticələr göstərdilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN idmançıları Dubayda yüksək nəticələr göstərdilər

14-18 oktyabr 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında II Dünya Korporativ Oyunları keçirilib.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

15 müxtəlif ölkədən 1000-ə yaxın əməkdaş müxtəlif idman növləri üzrə əzmkar mübarizə aparıblar. Yarışda iştirak edən FHN-in kişilərdən ibarət çimərlik voleybolu və 3x3 basketbol komandaları yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, çimərlik voleybolu üzrə kişilərdən ibarət "Xilasedici" komandası beş oyun keçirərək bürünc medalın sahibi olub. Bundan əlavə, 3x3 basketbol üzrə kişilərdən ibarət FHN-in komandası isə dörd oyun keçirərək yarışın gümüş medalına sahib çıxıb.

Basketbol komandasının üzvü Rasim Ağarzayev "Ən yaxşı mərkəzçi", çimərlik voleybol komandasının üzvü Vadim Kutukov "Ən yaxşı topu qəbul edən" diplomları ilə mükafatlandırılıblar.

Qalib komandalara və əməkdaşlara kubok, medal və diplomlar təqdim edilib.

Tarix
2025.10.19 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla