Yuxarı

Qurban Qurbanovdan "Qarabağ"ın futbolçularına sərt cəza

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanovdan "Qarabağ"ın futbolçularına sərt cəza

"Qarabağ" bütün futbolçularını cərimələyib.

Axar.az Sportinfo.az-a istinadla xəbər verir ki, bu, Qurban Qurbanovun qərarıdır.

Baş məşqçinin belə addım atmasına səbəb Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda qeydə alınan nəticədir. Belə ki, Azərbaycan təmsilçisi İspaniya səfərində "Atletik Bilbao" ilə üz-üzə gəlib. Ağdam klubu "San Mames" stadionunda keçirilən oyunu 1:3 hesabı ilə uduzub. Bu onların ardıcıl 2 qələbədən sonra liqa mərhələsində ilk məğlubiyyəti olub.

Qurbanovu məyus edən yalnız nəticə deyil. Təcrübəli mütəxəssisi narazı salan futbolçularının sərgilədiyi mübarizədir. O, istənilən səviyyədə çıxış etməmələri, əksər tapşırıqlarının yerinə yetirilməməsi üzündən oyunçularını cərimələməyi zəruri sayıb.

Məbləğ kifayət qədər böyükdür. Həmin vəsait komanda üzvlərinin oktyabr ayı üçün maaş fondundan tutulacaq.

"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlmiş, "Atletik Bilbao" isə xal qazanmamışdı.

İlk turda "Benfika"nı 3:2, ikinci turda isə "Kopenhagen"i 2:0 üstələmiş Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür.

ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yerləri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Tarix
2025.10.29 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla