Yuxarı

"Rio-2016-dakı böyük komandalardan biriyik"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Rio-2016-dakı böyük komandalardan biriyik"

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunları ilə bağlı mətbuat konfransı təşkil olunub.

Axar.az xəbər verir ki, mətbuat konfransında çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın Olimpiya yığma komandasının əsas heyətinin avqustun 1-də Braziliyaya yola düşəcəyini deyib. Azərbaycanlı idmansevərlərin qarşılaşmaları İctimai Televiziya vasitəsilə izləyə biləcəklərini diqqətə çatdıran Ç.Hüseynzadə idmançılarımızın nəticələri barədə xəbərlərin operativ qaydada MOK-un internet resurslarında yerləşdiriləcəyini söyləyib.

Rio Olimpiadasında yığma komandamızın geniş tərkibli komandalardan olduğunu deyən vitse-prezident idmançılarımızın medalların sayı və keyfiyyəti baxımından London Olimpiadasına nisbətən daha üstün nəticə ilə qayıdacaqlarına vurğulayıb.

Olimpiadada velosipedçilərimizdən də uğurlu nəticə gözlədiyini qeyd edən Ç.Hüseynzadə təhlükəsizlik məsələləri ilə bağlı deyib: "Olimpiadada güclü velosipedçilərdən ibarət komandamız da iştirak edəcək. İdmanın bu növü üzrə dörd lisenziya üzrə üç atlet yarışacaq. Velosipedçilərimizdən də yaxşı nəticə gözləyirik. "Zika" virusu ilə bağlı Atletlər Kəndində heç bir problem olmayacaq. Nazirliyin İdman Tibb Diaqnostika və Reabilitasiya İnstitutu tərəfindən xüsusi çantalar hazırlanıb ki, orada ağcaqanaddan qorunmaq üçün müəyyən tibbi ləvazimatlar var".

MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov bildirib ki, Olimpiya Oyunları zamanı ənənəvi olaraq, "Zəfər günləri" təşkil ediləcək. Uğur qazanan idmançılar, onların ailə üzvləri və yaxınları xüsusi internet resursları və televiziya vasitəsilə efirə çıxacaqlar.

Komitənin informasiya və nəşriyyat şöbəsinin müdiri Cəmaləddin Rəhmanov Rio Olimpiadasına Azərbaycandan 10 media nümayəndəsinin yollanacağını bildirib. Bütün internet resurslarımız var gücü ilə çalışacaq. Biz təbliğat və təşviqat prosesini Rio-2016 - birlikdə güclüyük" devizi altında həyata keçiririk. Olimpiada tarixində ilk dəfə "Olimpiya kanalı" istifadəyə verilib. Kanala ancaq Milli Olimpiya komitələrinin çıxışı var. Onun vasitəsilə biz də internetlə canlı yayım həyata keçirəcəyik".

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Tarix
2016.07.29 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla