Yuxarı

"Napoli" - "Qarabağ" oyunu təxirə salınır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Napoli" - "Qarabağ" oyunu təxirə salınır?

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində İtaliyada keçiriləcək "Napoli" - "Qarabağ" oyunu təxirə salına bilər.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı İtaliya mətbuatı məlumat yayıb.

Buna səbəb Neapol şəhərində havanın əlverişsizliyidir. Yerli bələdiyyə hətta mərkəzi əraziləri "narıncı zona" elan edib. "Napoli" azarkeşləri isə parkların və digər ictimai məkanların bağlanmasına görə "Qarabağ"la oyunun təxirə salınma ehtimalından narahatdırlar.

Neapol şəhər bələdiyyəsi rəsmi açıqlamasında matçın təxirə salınmasının planlaşdırılmadığını bildirib:

"Sakinlərdən zərurət olmadığı təqdirdə mənzillərini tərk etməmələri xahiş olunur. Gün ərzində şimşək, yağış və şiddətli külək olacaq. "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" oyununun təxirə salınması nəzərdə tutulmur. Hava durumu pisləşərsə, əlavə məlumat veriləcək."

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Tarix
2025.11.25 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla