Yuxarı

Bu çəkidə əvəzsizəm, Federasiya məni uzaqlaşdırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu çəkidə əvəzsizəm, Federasiya məni uzaqlaşdırdı

Gənclər arasında ikiqat Avropa kuboku qalibi, Avropa çempionatının bürünc medalçısı, dəfələrlə Bakı və Azərbaycan birincisi olan gənc idmançı Tuncay Şamilin məhkəmə tərəfindən təqsirsiz sayılmasına baxmayaraq, Azərbaycan Cüdo Federasiyası (ACF) onu “etik qaydaları pozmaq” bəhanəsi ilə idmandan müddətsiz uzaqlaşdırıb.

Məsələ ilə bağlı idmançı Axar.az-a müraciətində bildirib ki, bu qərarın arxasında şəxsi maraqlar, qeyri-obyektiv yanaşma və uzun müddətdir federasiyada müşahidə olunan idarəetmə problemləri dayanır.

“Etik qaydaları pozduğuma dair federasiyanın əlində heç bir sübut yoxdur. Məhkəmə də bunu təsdiqləyib. Amma federasiya məni yenə də müddətsiz uzaqlaşdırıb. Belə cəza nə yerli, nə də beynəlxalq qaydalarda mövcuddur. Sadəcə özləri üçün yeni bir mexanizm yaradıblar. Bu qərarın əsas səbəbi mənim milli komandada 90 kq çəki dərəcəsində bir nömrəli idmançı olmağımdır. Onların yeganə qorxusu budur ki, başqa ölkə məni qəbul etsə və mən yarışlarda nəticə qazansam, bu, federasiya üçün biabırçılıq olar. Ona görə də müddətsiz qadağaya əsas yük kimi mənim başqa ölkəyə keçmək ehtimalımı qoyublar. İdmançılara açıq şəkildə deyilir ki, mənimlə əlaqəsi olan, sosial şəbəkədə videomu bəyənən və ya paylaşan şəxslərin maaşı kəsiləcək, komanda heyətindən uzaqlaşdırılacaq. Bununla onlar idman prinsiplərindən kənar psixoloji basqı edirlər”, - o deyib.

T.Şamilin sözlərinə görə, bəzi idmançılar və məşqçilər müxtəlif bəhanələrlə komandalardan uzaqlaşdırılıb, amma onların adlarına aylarla maaş yazılaraq mənimsənilib:

“Musa Hüseynli ilə bağlı məsələ artıq araşdırılıb və faktlar təsdiqlənib. O, komandanın heyətindən uzaqlaşdırılandan sonra belə 6 ay adına maaş yazılıb, amma bir manat da ödənilməyib. Bu pulların hara getdiyi isə məlum deyil”.

İdmançı qeyd edib ki, federasiya onu idmandan uzaqlaşdırmamaq üçün bir sıra tələblər irəli sürüb:

“Federasiya mənə açıq şəkildə dedi ki, şikayətimi geri götürməliyəm, mediada çıxıb həm federasiyadan, həm də Aslan Kotsoyevdən üzr istəməliyəm. Atamın da federasiya rəhbərliyindən üzr istəməsi tələb olundu. Sosial şəbəkədə yazdığımız bütün paylaşımları silməyimiz istəndi. Apellyasiya müraciətimi geri çəkməyim və gələcəkdə federasiya və Aslan barəsində heç bir iddiam olmayacağına dair notarial öhdəlik verməyim də şərt kimi qoyuldu. Bütün bunları qəbul etsəm, yalnız o halda mənə başqa ölkə adından çıxış etmək üçün icazə veriləcəyini bildirdilər”.

Məsələ ilə bağlı federasiyaya rəsmi sorğu göndərilib.

Tarix
2025.11.27 / 13:33
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla