Yuxarı

İran DÇ-2026-nın püşkatma mərasimini boykot etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran DÇ-2026-nın püşkatma mərasimini boykot etdi

İran Futbol üzrə 2026-cı il Dünya Çempionatının final hissəsinin püşkatma mərasimini boykot etdiyini elan edib.

Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Tehranın belə bir qərar qəbul etməsinə səbəb ABŞ hökumətinin İrandan olan rəsmi nümayəndə heyətinin bir neçə üzvünə, o cümlədən İran Futbol Federasiyasının rəhbəri Mehdi Taca viza verməməsi olub.

“Biz artıq FİFA-nı məlumatlandırmışıq ki, qəbul olunmuş qərarın idmana heç bir aidiyyəti yoxdur və İran nümayəndə heyətinin üzvləri dünya çempionatının püşkatmasında iştirak etməyəcək”, - İranın futbol assosasiyasının nümayəndəsi bildirib.

Qeyd edək ki, Dünya Çempionatının püşkatması dekabrın 5-də Vaşinqtonda keçiriləcək. Püşkatma mərasimini boykot etməsinə rəğmən İran yığması 2026-cı ilin Dünya Çempionatında iştirak edəcək. Dünyanın ən mötəbər idman turniri iyunun 11-dən iyulun 19-a kimi ABŞ, Kanada və Meksikada keçiriləcək.

Tarix
2025.11.28 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla