Yuxarı

Balakişi Qasımov yenidən bu federasiyanın prezidenti seçildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balakişi Qasımov yenidən bu federasiyanın prezidenti seçildi

Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilib.

Axar.az AQF-yə istinadən xəbər verir ki, bu gün federasiyanın ümumi yığıncağı keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbirdə 61 yaşında dünyasını dəyişən mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Federasiyanın baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində federasiyanın fəaliyyəti, görüləcəklər işlər, keçirilən yarışlar, əldə olunan uğurlar barədə məlumat verib.

Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Balakişi Qasımovu yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Sonda Balakişi Qasımov çıxış edərək göstərilən etimada görə təşəkkür edib.

Tarix
2025.12.05 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla