Yuxarı

Bakı və İslamabad bu sahədə də memorandum imzaladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və İslamabad bu sahədə də memorandum imzaladı

DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-ın paytaxtı Vaşinqtonda olan AFFA-nın prezidenti Rövşən Nəcəf səfər zamanı Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Mohsen Gilani ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı AFFA və PFF arasında futbol sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Sənədin imzalanmasında məqsəd iki ölkənin milli assosiasiyaları arasında tərəfdaşlığın möhkəmləndirilməsi, futbolun inkişafı və beynəlxalq əlaqələrin daha da gücləndirilməsidir.

Memorandum çərçivəsində tərəflər təlim-məşq toplanışlarının təşkili, müxtəlif yaş qruplarından ibarət milli komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi, qadın futbolu, futzal, çimərlik və əlillər futbolunun dəstəklənməsi, eləcə də hakimlərin mübadiləsi və təhsili sahəsində əməkdaşlıq edəcək.

Bildirilib ki, bu razılaşma hər iki ölkədə futbolun inkişafına, gənc futbolçular, məşqçilər və hakimlər üçün yeni imkanların yaranmasına xidmət etməklə yanaşı, AFFA və PFF arasında dostluq, qarşılıqlı etimadın daha da güclənməsinə təkan verəcək.

Tarix
2025.12.05 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla