Yuxarı

"Qarabağ" buna görə məğlub oldu - Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" buna görə məğlub oldu - Açıqlama

“Qarabağ”ın Çempionlar Liqasında topladığı 7 xal ölkədə eyforiya yaratmış, komandanın hər rəqibi məğlub edə biləcəyi barədə yanlış təsəvvür formalaşdırmışdı. Halbuki Çempionlar Liqası nəhənglərin döyüş meydanıdır və burada nəticələri çox vaxt xırda detallar müəyyənləşdirir.

Bu sözləri Axar.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı “Qarabağ”ın “Ayaks”a 2-4 məğlubiyyəti barədə danışarkən deyib.

“Meydançanın durumu “Qarabağ”ın oyununa köklü surətdə təsir etdi. Komanda oyunu rəqibin cərimə meydançası önündə qurmuşdu, intensiv pressinq tətbiq olunurdu. Yaş meydançada irəli-geri qaçış daha çox güc aparır və futbolçuların ayaqları tutulur. Dəyişiklik zəruri idi.

Sonradan meydana daxil olan Aleksey Kaşuk və Nəriman Axundzadə həmin effekti vermədi, oyun çökdü. Azarkeşlər arasında belə fikir yayılıb ki, “Qarabağ”ın bu dəyişiklikləri səhv idi. Bəs onda kimi buraxmalıydıq meydana? Ehtiyatda Kaşuk və Nərimandan başqa oyunçu yox idi. Amma “Ayaks”ın iki bərabər səviyyəli heyəti var”, - Muxtarlı bildirib.

Ekspert matçda Kadi Borgesin yoxluğunu xüsusi vurğulayıb:

“Kadi olsaydı, fərq hiss olunacaqdı. Qurban Qurbanov məcburiyyətdən Zubiri mərkəzdə oynatdı, amma o öz mövqeyindəki effekti verə bilmədi. Addainin fərqli cinaha keçməsi də Elvinin performansına təsir etdi. Elvinlə Zubirin anlaşması Addai ilə eyni deyil.

Biz ikinci Kadi səviyyəsində futbolçunu gətirib ehtiyatda oturda bilmərik. Çünki daxili çempionat zəifdir, stadion problemləri var. 12 komanda cəmi 6 stadionda oynayır, onların da 5-i süni örtüklüdür. Gəncənin stadionu yoxdur, Naxçıvanın komandası Bakıda oynayır. Bu, Azərbaycan futbolunun reallığıdır”.

Muxtarlı hesab edir ki, “Qarabağ”ın məğlubiyyətində faciəvi heç nə yoxdur:

“Bu nəticə gözlənilən idi. Azərbaycan liqasında bir neçə “Qarabağ” səviyyəsində komanda olmalıdır ki, rəqabət yaransın. Bir güllə heç vaxt bahar əldə edə bilməyəcəyik”.

Tarix
2025.12.11 / 16:57
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla