Yuxarı

Nəriman Axundzadənin atası danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəriman Axundzadənin atası danışdı

Tənqid eləməyə bir söz demirəm. Tənqid onun xeyrinədir. Amma artıq-əskik yazmaq olmaz axı. Ayıbdır. Biz hamımız azərbaycanlıyıq. Niyə eyni millət olduğumuz halda bir-birimizə bu cür münasibət bəsləyirik?

Axar.az xəbər verir ki, bunu Sportinfo.az-a müsahibəsində Çempionlar Liqasının əsas mərhələsində “Ayaks”a məğlubiyyətdən sonra (2:4) “Qarabağ”ın ən çox tənqid olunan oyunçusu Nəriman Axundzadənin atası Əhməd Axundov deyib.

O, hazırda Almaniya klubunda çıxış edən Mahir Emrelinin də eyni yolu keçdiyini bildirib:

"Bir vaxtlar ona qarşı da belə münasibət var idi. Açığı, Nərimanın da xaricə getməyini istəyirəm. Özünə də demişəm. Təklifləri də olub. Xeyirlisi nədirsə, o da olsun. Əlbəttə, baş verənlər mənim üçün çox çətindir. Amma mən azarkeşlərə nə deyə bilərəm? Mənə elə bir insan deyiləm ki, onlara kobud cavab verim. Allah onların da köməyi olsun. Haqqı nahaqqa vermək olmaz. Bir insanın üzərinə getmək düzgün deyil. Bütün komanda uduzub axı. Bir nəfərin üzərin niyə düşsünlər ki? Bunu başa düşə bilmirəm. Nəriman kimə nə edib? Kimi söyüb, təhqir edib? Belə şey ola bilməz. Meydanda səhvi ola bilər, səhvsiz insan yoxdur. Qərəzli tənqid etmək, şəxsiyyətə toxunmaq olmaz”.

Tarix
2025.12.13 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Möhsün Rzayi ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla