Yuxarı

Məhəmməd Salah Səudiyyə Ərəbistanına gedir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhəmməd Salah Səudiyyə Ərəbistanına gedir

Misir millisinin və “Liverpul”un futbolçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedəcək.

Axar.az Səudiyyə Ərəbistanının “İdman” telekanalına istinadən xəbər verir ki, səfər yaxın günlərdə baş tutacaq. Səfərin məqsədi haqqında isə məlumat verilməyib.

Medianın yazdığına görə, “Liverpul” rəhbərliyi və baş məşqçi Arne Slotla fikir ayrılığına görə əsas komandadan kənarlaşdırıldıqdan sonra Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu təcrübəli forvardı transfer etmək istəyir. Qeyd olunur ki, 33 yaşlı hücumçuya həftəlik 2,5 milyon, illik isə 120 milyon funt sterlinq məvacib təklif edilib. Bu baxımdan, misirli futbolçunun Səudiyyə Ərəbistanına qəfil səfəri barədə xəbərlər futbol ictimaiyyətinin diqqətini çəkib.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. O, Mersisayd klubunun heyətində İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, ölkə kubokunun, klublararası dünya çempionatının qalibi olub.

Cari mövsümdə klub səviyyəsində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Tarix
2025.12.13 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla