Yuxarı

İki fransalı futbolçu Azərbaycandan deportasiya edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki fransalı futbolçu Azərbaycandan deportasiya edildi

Azərbaycanda oynayan 2 legioner futbolçu deportasiya olunub.

Axar.az Prosport.az-a istinadən xəbər verir ki, bunlar I Liqa klubunda çıxış edən Afrika əsilli Fransa vətəndaşlığı olan əcnəbi futbolçulardır.

Belə ki, "Cəbrayıl"da çıxış edən 20 yaşlı Seneqal əsilli qapıçı Matiss Morvill və 22 yaşlı sol cinah vingeri Noa Lobedir. Hər iki futbolçu sentyabrın 1-də komanda ilə müqavilə bağlamışdı.

Onlar Dövlət Miqrasiya Xidməti tərəfindən 400 manat cərimələnib. Həmin cərimə ödənilmədiyi üçün futbolçular deportasiya olunublar.

"Şahdağ Qusar"ın ötən ay transfer etdiyi 18 yaşlı qanalı Kvaku Adcey də deportasiya oluna bilərmiş. Lakin ona görə klub tərəfindən cərimə ödənilib və futbolçunun deportasiya olunmasının qarşısı alınıb.

Tarix
2025.12.19 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla