Yuxarı

"Qarabağ" ilin son oyununda qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" ilin son oyununda qalib gəldi

10:18

"Qarabağ" komandası cari ildə sonuncu oyununa bu gün çıxacaq.

Axar.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Misli Premyer Liqasının XVI turunda "Qəbələ"nin qonağı olacaq.

Qarşılaşma saat 15:00-da start götürəcək. Ağdam təmsilçisi 33 xalla ikinci, meydan sahibləri 8 xalla 11-ci pillədə qərarlaşıb.

***

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Əli Əliyevin idarə etdiyi oyunda hesab matçın 6-cı dəqiqəsində açılıb.

“Qırmızı-qaralar”ın futbolçusu Prins Ovusu fərqlənib. Görüşün 27-ci dəqiqəsində isə Bədavi Hüseynov “Qarabağ”ın heyətində qol vuraraq hesabı bərabərləşdirib. Matçın 79-cu dəqiqəsində isə Marko Yankoviç Ağdam təmsilçisinin qələbə qolunun müəllifi olub.

Bu nəticədən sonra Qurban Qurbanovun komandası 36 xalla turnir cədvəlinin liderliyinə yüksəlib. Kaxaber Tsxadadzenin kollektivi isə 8 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək. Bu oyun saat 17:30-da başlanacaq. Naxçıvan klubu 23 xalla beşinci, qonaqlar 20 xalla yeddinci sıradadır.

Tarix
2025.12.21 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla