Yuxarı

Azərbaycanlı pilot tarixə düşdü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı pilot tarixə düşdü

Azərbaycanın gənc pilotu Davin Cəfərov Portuqaliyanın Madeyra şəhərində təşkil olunan kartinq üzrə mövsümün son yarışını uğurla başa vurub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, 16 yaşlı pilot ilk dəfə DD2 MAX kateqoriyasında çıxış edib.

O, turnirdə "BirelArt" komandasını təmsil edən yeganə pilot olub.

Üç gün davam edən yarış əlverişsiz hava şəraitində baş tutub. Uzunluğu 1 040 metr olan Madeyra trekində D.Cəfərov finişə üçüncü çatsa da, yarışın ən sürətli dövrəsinə imza ataraq diqqət mərkəzinə düşüb.

D.Cəfərov Madeyra trekində yarışan ilk əcnəbi pilot kimi də tarixə düşüb. Bununla da gənc idmançı cari kartinq mövsümünə yekun vurub.

Kartinq üzrə növbəti mövsümün 2026-cı ilin fevralında başlaması nəzərdə tutulur. D.Cəfərovun gələn il dünya və Avropa çempionatları, eləcə də bir sıra beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır. Gənc pilot yeni mövsümə hazırlığı Portuqaliya və İspaniyada davam etdirəcək.

Tarix
2025.12.22 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla