Yuxarı

Xankəndi stadionunun təmirində qanun pozuntusu...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi stadionunun təmirində qanun pozuntusu...

Gənclər və İdman Nazirliyi ilə Xankəndi şəhər stadionunun təmiri üçün satınalma müqaviləsi bağlayan Planet Construction MMC bu işin icrası zamanı əmək qanunvericiliyinin tələblərini pozub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, nazirliklə 9 milyon 918 674 manatlıq tender müqaviləsi bağlayan şirkət Xankəndi şəhər stadionunun tikintisində işçiləri əmək müqaviləsi olmadan işlədib.

Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkənin qərarı ilə "Planet Construction” şirkəti 20 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, nazirliklə şirkət arasındakı müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanmışdı. Planet Construction MMC daha öncə də nazirliyin keçirdiyi tenderin qalibi olub. Bu şirkət 5 aprel 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Şirinov Qafqaz Tehran oğludur.

Tarix
2025.12.25 / 13:52
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla