Yuxarı

Braziliyalı “Qarabağ”a "hazıram” dedi, danışıqlar bərpa olundu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Braziliyalı “Qarabağ”a "hazıram” dedi, danışıqlar bərpa olundu

“Qarabağ”ın “Akademiko Vizeu"nun hücumçusu Andre Klovislə danışıqları yenidən bərpa etməsi barədə xəbərlər yayılıb.

Axar.az Sportal.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə tirajlanan məlumata görə, Azərbaycan çempionu Portuqalyanın ikinci liqasında forma geyinən braziliyalı ilə anlaşmağa çox yaxındır.

İddiaya görə, budəfəki görüşmələr ”sambaçı”nın öz təşəbbüsü ilə baş tutub. 27 yaşlı Cənubi amerikalının ”köhlən atlar”la müqavilə imzalamaq üçün maliyyə şərtlərində güzəştə getdiyi qeyd olunur.

Karyerası ərzində “İnternasional”, “Portimonenşe”, “Leykşoeş” və “Eştoril“in də formasını geyinmiş Klovisin Azərbaycana gəlmək üçün “Akademiko Vizeu" rəhbərliyinə təzyiq etdiyi deyilir.

Çünki onun hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Braziliyalı ona görə tələb olunan təzminatın məbləğinin aşağı salınmasına çalışır.

Məlumata görə, portuqaliyalılar Klovisə 5 milyon avro qiymət qoyub. Ağdam təmsilçisinin ödəmə etməyə planlaşdırdığı kompensasiya isə bundasn 3 dəfə aşağıdır. Çempionlar Liqasındakı nümayəndəmiz ən yaxşı halda 1,5 milyon avro xərcə düşməyə hazırdır, bundan artığına yox.

Tarix
2025.12.27 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla