Yuxarı

“Qarabağ” “Liverpul”la oyunda tarixi anın şahidi olacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”  “Liverpul”la oyunda tarixi anın şahidi olacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki sonuncu rəqibi – İngiltərənin “Liverpul” klubu futbolçusu Endrü Robertsonla yollarını ayırmağa yaxındır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi şotlandiyalı müdafiəçini “Tottenhem”ə satmağa razılaşıb.

London klubu da öz növbəsində 31 yaşlı oyunçu ilə müqaviləni razılaşdırıb.

Robertsonun “Liverpul” forması ilə son oyunu məhz “Qarabağ”a qarşı olacaq. “Qırmızılar”ın onun üçün bu matçda xüsusi banner hazırlayacağı gözlənilir.

Qeyd edək ki, Endrü Robertson 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur. O, ümumilikdə bu klubla 363 oyunda meydana çıxıb, 12 qol vurub və 63 məhsuldar ötürmə edib. Robertson “Liverpul”la iki dəfə İngiltərə Premyer Liqasını, 1 dəfə İngiltərə Kubokunu, iki dəfə İngiltərə Liqa Kubokunu, 1 dəfəİngiltərə Superkubokunu, 1 dəfə UEFA Çempionlar Liqasını, 1 dəfə UEFA Superkubokunu və 1 dəfə FIFA Klublararası Dünya Çempionatını qazanıb. Onun klubla müqaviləsinin müddəti iyunun 30-na qədərdir.

Xatırladaq ki, “Liverpul” - “Qarabağ” qarşılaşması yanvarın 28-də baş tutacaq.

Tarix
2026.01.24 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla