Yuxarı

“Qarabağ”la oyun öncəsi “Liverpul”da 5 itki...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”la oyun öncəsi “Liverpul”da 5 itki...

“Qarabağ”la oyun öncəsi “Liverpul”un heyətində 5 itki var.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə “Standard” nəşri məlumat yayıb.

Bildirilib ki, “Liverpul” ötən həftəsonu daha bir zədə zərbəsi alıb. “Bornmut”la Premyer Liqa oyununda (2:3) qapıçı Alissonla toqquşmadan sonra Co Qomez zədələnərək meydanı tərk etməyə məcbur olub. Baş məşqçi Arne Slot mərkəz müdafiəçisinin “Qarabağ”la oyunda iştirakı ilə bağlı dəqiq proqnoz verməyib:

“Conun iki və ya üç günə məşqlərə qayıdıb-qayıtmayacağını bilmirəm, bunu demək mənim üçün çətindir. Amma bu gün davam edə bilməyəcəyi aydın idi”.

İbrahima Konate atasının vəfatı səbəbindən hələ də komandadan kənarda qaldığı üçün Slot bu oyun üçün cəmi bir əsas mərkəz müdafiəçisinə sahibdir – komandanın kapitanı Vircil van Deyk.

Bu, Slot üçün müəyyən müsbət məqam sayılsa da, çərşənbə günü keçiriləcək oyunda müdafiə xəttində məcburi dəyişikliklər qaçılmaz görünür. Belə ki, Covanni Leoni və Konor Bredli də zədəlidir.

Federiko Kyezanın da durumu sual altındadır. Onun “Bornmut”la oyunda iştirakı “50/50” şans kimi dəyərləndirilsə də, matçın iştirak ərizəsinə salınmamışdı.

Qeyd edək ki, UEFA Çempionlar Liiqasının “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə yanvarın 29-su, saat 00:00-da başlanacaq.

Tarix
2026.01.27 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla