Yuxarı

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Sabunçu rayonundakı Balaxanı qəsəbəsi 22 nömrəli şəhər poliklinikasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi, Nizami və Suraxanı rayonlarının hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinin idarə olunması” mövzusunda xəbərdarlıq və toplanış məşqi, Xətai rayon Sukanal İdarəsinin rəhbər heyəti ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” üzrə rəhbər heyətin mülki müdafiə məşqi, eləcə də Xəzər rayonunun ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqləri keçirilib.

Axar.az xəbər verir ki, məşqlərin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşqlər zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Tarix
2026.09.30 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla