Yuxarı

Bu vəziyyətə səbəb “Qarabağ”dır! - Mourinyo

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu vəziyyətə səbəb “Qarabağ”dır! - Mourinyo

Mən düşünmürəm ki, “pley-off”a vəsiqə qazanılıb-qazanılmaması transfer bazarı ilə birbaşa əlaqəlidir. “Benfika” yay transfer pəncərəsində artıq işini görüb, indi isə mövsümün qalan hissəsi üçün heyəti balanslı şəkildə gücləndirməyə çalışır.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Benfika”nın (Portuqaliya) baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 8-ci turunda “Real”a qarşı keçiriləcək oyunla bağlı təşkil edilən mətbuat konfransında deyib.

O, komandasının “pley-off”a çıxma şansını çətinləşdirən səbəblər barədə danışarkən özünün “Benfika”ya gələnə qədər “Qarabağ”a məğlubiyyəti göstərib:

“Əsas problem qalib gəlməli olduğumuz bir oyunda uduzmağımız oldu — “Luş” stadionunda “Qarabağ”a qarşı 2:3 hesablı məğlubiyyət. Həmin oyunu udsaydıq, hazırda 9 xalla çox güman ki, vəsiqəyə cəmi bir xal məsafədə olardıq.

Bununla yanaşı, itirdiyimiz başqa oyunlar da var. Xüsusilə evdə “Bayer Leverkuzen”ə qarşı məğlubiyyət tamamilə ədalətsiz və oyunun gedişinə uyğun olmayan nəticə idi. Amma nə olursa-olsun, bu da məğlubiyyətdir və yekun vəsiqə taleyinə təsir göstərir”.

Qeyd edək ki, hazırda “Benfika” 7 oyundan 6 xalla ÇL-də 29-cu yeri tutur.

Tarix
2026.01.28 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Güney Azərbaycanda yeni partiya yarandı

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla