Yuxarı

Rəsul Çunayevə vəzifə verildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsul Çunayevə vəzifə verildi

Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, Universiada və I Avropa Oyunlarının qalibi Rəsul Çunayevə vəzifə verilib.

Axar.az Prosport.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.

Məsələ ilə bağlı açıqlama verən 35 yaşlı veteran idmançı bildirib ki, yanvarın 26-dan etibarən Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsində fəaliyyətə başlayıb:

“Bu məsuliyyətli və şərəfli vəzifəyə təyin olunmağımda göstərilən yüksək etimada görə Güləş Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Ölkəmizdə güləş idman növünün davamlı inkişafı, beynəlxalq arenada nüfuzunun daha da gücləndirilməsi istiqamətində üzərimə düşən vəzifələri məsuliyyətlə və vicdanla yerinə yetirəcəyəm”.

“İşim bütün ölkə ərazisində uşaq və yeniyetmə güləşinin inkişafı ilə bağlı olacaq. Regionlarda Uşaq-Gənclər İdman Məktəbləri ilə əlaqəli fəaliyyət göstərmək və güləş klublarının işinə əməli kömək etmək üçün addımlar atacağam”, - veteran idmançı əlavə edib.

Qeyd edək ki, Güləş Federasiyası daha öncə də karyeralarını başa vuran veteran idmançılarını işlə təmin edib. Belə ki, Mariya Stadnik qadın, Hacı Əliyev sərbəst və Rafiq Hüseynov yunan-Roma güləşi üzrə kurator vəzifələrinə təyin olunub.

Tarix
2026.01.28 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla