Yuxarı

"Liverpul" "Qarabağ"a qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Liverpul" "Qarabağ"a qalib gəldi

2026.01.28

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda üz-üzə gələcək İngiltərənin "Liverpul" və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub.

Axar.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

"Liverpul": Alisson Bekker, Ceremi Frimponq, Rayan Qravenberx, Virdcil Van Deyk (k), Robertson, Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Yoqo Ekitike, Kadi Qakpo.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun "Liverpul" – "Qarabağ" qarşılaşması bu gün "Enfild"də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

***

"Liverpul" - "Qarabağ" qarşılaşması start götürdü.

***

Görüşün 15-ci dəqiqəsində Makkalister meydan sahiblərini hesabda önə keçirdi: 1-0.

***

Virts 21-ci dəqiqədə fərqi artırdı: 2-0.

***

Salah 50-ci dəqiqədə üçüncü qolu vurdu: 3-0.

***

Ekitike 57-ci dəqiqədə növbəti qola imza atdı: 4-0.

***

Makkalister özünün ikinci, komandasının beşinci qolunu vurdu: 5-0.

***

Kiyeza 90-cı dəqiqədə fərqi daha da artırdı: 6-0.

***

"Qarabağ" "Liverpul"a 6-0 hesabı ilə məğlub oldu.

Tarix
2026.01.29 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla