Yuxarı

Əfsanəvi futbolçu “Qarabağ”ı sərt tənqid etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfsanəvi futbolçu “Qarabağ”ı sərt tənqid etdi

“Qarabağ”ın “Nyukasl”la matçdakı oyunu (1:6) britaniyalı ekspertlər tərəfindən sərt tənqid olunub.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, “TNT Sports” kanalının eksperti, İngiltərə futbolunun əfsanəsi olmuş Stiv Makmanaman Bakıdakı görüşün ilk hissəsində Ağdam klubunun zəif təsir bağışladığını bildirib.

O, oyunun fasiləsi zamanı canlı yayımda Malik Tyaunun qolunun təkrarına baxarkən bunları deyib:

“Gözəl baş zərbəsi. Fakt ondan ibarətdir ki, bu, “Nyukasl” üçün əla 45 dəqiqə oldu.

Amma mən bu komandanın (“Qarabağ”ın - red.) nə oyun oynadığını bilmirəm. Bu, evdə “Ayntraxt”ı və ya səfərdə “Benfika”nı məğlub edən komandaya oxşamır. Onlar özünü başqası kimi qələmə verən bir qrup şəxsə bənzəyirlər. Hesab 5:0-dır və 10:0 da ola bilərdi, hətta 10:0 olmalı idi. Harvi Barns özü het-trik edə bilərdi.

Oyunu tezliklə bitirsinlər. Həftəsonu çətin oyun ərəfəsində futbolçuları dincəlsinlər, bəzi oyunçuları əvəz etsinlər. “Nyukasl” üçün bu, daha ağır məşqlərindən biri olub”.

Tarix
2026.02.19 / 10:59
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

Azərbaycanda hamı qaza görə növbədədir - Babiş

Azərbaycan nümayəndə heyəti İrəvanda bu tədbirə qatılacaq

İşləyən şəxslərin pensiyası nə qədər artacaq? - İzah

Urmiya gölünün suyu artdı: Yenə quruyacaq?

Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək

İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq

Okampo Bakıya qarşı bu kampaniyanı necə qururdu?

İraq prezidenti WUF13-ə dəvət olundu

Azərbaycan XİN bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla