Yuxarı

Bu federasiyaların prezidentləri Sərsəng su anbarında...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu federasiyaların prezidentləri Sərsəng su anbarında...

Cənab Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə Sərsəng su anbarında avarçəkmə və kanoe yarışlarının təşkilinin mümkünlüyünü vurğulamışdı.

Axar.az xəbər verir ki, bu çıxışdan sonra qısa zaman ərzində Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana martın 12-də Qarabağda - Sərsəng və Suqovuşan su anbarlarında, həmçinin Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olublar.

Beynəlxalq və Avropa kanoe təşkilatlarının rəhbərləri əvvəlcə Sərsəng su anbarına baxış keçiriblər. Qonaqlara su anbarındakı mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilib. Tomas Konyetsko və Jan Zunqrana Sərsəngdə beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilə bilməsi üçün su hövzəsinin potensial imkanlarını dəyərləndiriblər.

Daha sonra nümayəndə heyəti 2022-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident Kuboku” və ənənəvi “Mingeçevir Reqatası” beynəlxalq yarışlarının təşkil edildiyi Suqovuşan su anbarını ziyarət ediblər. Suqovuşanda dövlətimiz tərəfindən yenidən qurulan ifrastruktur və su anbarı ətrafında salınmış park qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Günün ikinci yarısında Tomas Konyetsko və Jan Zunqrana Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə gediblər. Baza ilə tanış olan beynəlxalq federasiya rəhbərləri avarçəkmə və kanoe üzrə milli komandaların məşqlərini də izləyiblər.

Tarix
2026.03.13 / 11:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla