Yuxarı

"Çelsi" Abramoviçə görə 12,44 milyon avro cərimələndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Çelsi" Abramoviçə görə 12,44 milyon avro cərimələndi

İngiltərənin ”Çelsi” klubu Premyer Liqa qaydalarını pozduğuna görə 10,75 milyon funt sterlinq məbləğində cərimə olunub və kluba transfer qadağası tətbiq edilib.

Axar.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.

Qeyd olunub ki, klub Premyer Liqa ilə əldə olunan razılaşma çərçivəsində cərimə ödəyəcək. Əsas komanda üçün birillik transfer qadağası tətbiq edilsə də, bu cəza iki il müddətinə şərti saxlanılıb. Bununla yanaşı, klub akademiyası üçün dərhal qüvvəyə minən doqquzaylıq transfer qadağası da tətbiq olunub.

Araşdırma “Çelsi”nin 2022-ci ildə özü tərəfindən açıqlanan və uzun illər əvvələ aid olan qayda pozuntuları ilə bağlı aparılıb. Müstəqil komissiya həmin faktları araşdıraraq qərarını açıqlayıb. Bildirilir ki, Premyer Liqa klub tərəfindən 2011-2018-ci illər arasında həyata keçirilmiş gizli ödənişləri də araşdırıb. Həmin dövrdə klub rusiyalı milyarder Roman Abramoviçə məxsus idi.

Araşdırma zamanı müəyyən edilib ki, həmin illərdə bəzi şəxslərə edilən müxtəlif ödənişlər futbol qurumlarına təqdim olunan maliyyə hesabatlarında göstərilməyib. Ən azı altı şübhəli ödənişin transferlərlə bağlı ofşor şirkətlərə edildiyi bildirilir. Yeddirəqəmli məbləğdə olan bu ödənişlər həmin dövrdə futbol qurumlarına təqdim edilən hesabatlarda əks olunmayıb.

Bu əməliyyatlar 2022-ci ildə klubun yeni amerikalı sahiblər tərəfindən satın alınması zamanı aparılan maliyyə yoxlaması prosesində üzə çıxıb. Yeni rəhbərlik aşkar edilmiş uyğunsuzluqları Premyer Liqa, İngiltərə Futbol Assosiasiyası və UEFA-ya könüllü şəkildə təqdim edib.

Tarix
2026.03.16 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla