Yuxarı

Azərbaycan dünya üçün nümunədir - Amazzal

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan dünya üçün nümunədir - Amazzal

2-ci Ümumdünya Şahmat Olimpiadası iştirak etdiyim olimpiadalar arasında ən yaxşısıdır. Burada həm şahmatçılar, həm də nümayəndə heyətləri üçün yüksək şərait yaradılıb. Azərbaycan beynəlxalq yarışların təşkilində dünya üçün nümunədir.

Bu fikri Mərakeş Şahmat Federasiyasının prezidenti Mustafa Amazzal AzərTac-a müsahibəsində bildirib.

Azərbaycanda beynəlxalq tədbirlərin və yarışların uğurla keçirildiyini vurğulayan M.Amazzal Bakı Şahmat Olimpiadasının da yüksək təşkilatçılığı ilə diqqəti cəlb etdiyini bildirib. Qeyd edib ki, yarışlar zamanı nizam-intizam qaydalarına ciddi şəkildə əməl olunur. Bütün qonaqlar yaradılmış şəraitdən razıdırlar.

"Rusiya və Ukrayna komandaları hər zaman yüksək yerlər uğrunda mübarizə aparır. Ancaq Azərbaycan millisi də tam formalaşmış təcrübəli komandadır. Azərbaycan şahmatçıları üçün yaradılan şəraitin və bu cür yüksək səviyyəli təşkilatçılığın müqabilində milli komandalarınızın uğurla çıxış edəcəyinə inanıram", - deyə qonaq qeyd edib.

Tarix
2016.09.08 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla