Yuxarı

Hakimə dedim ki, nə sənə, nə də hakimliyə... - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hakimə dedim ki, nə sənə, nə də hakimliyə... - Qurbanov

22:50

İlk hissədən sonra Rəvan Həmzəzadəyə yaxınlaşıb dedim ki, bu, həm sənə, həm də hakimliyə yaraşmayan qırmızı vərəqə idi. Çox ağır qərar idi. Yenə də Rəhim Həsənovun açıqlamasını gözləyirik. Bilmirəm, “sarı” var idimi, amma “qırmızı” yox idi. Mən futbolçu və məşqçi kimi penalti gördüm. Amma belə məqamlar olur.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Penalti epizodu ilə bağlı fikir bildirməyim fərqli alınar. Yaxından görünmürdü. Amma Rəhim müəllim açıqlama verəcək. Bugünkü oyunun tempini qaldıran Rəvan Həmzəzadə idi. Onun idarə etdiyi oyunlarda çox nadirən top dayanır. Çünki hər dəfə oyunu dayandıraraq tempi salmır.​ Belə epizodlar çox olur. VAR-a çağrılmaq o deməkdir ki, 90 faiz fikrini dəyişməlisən. Adətən belə olur. Yəqin açıqlama veriləcək.

Epizodun son dəqiqədə olması mübahisəyə səbəb ola bilir. Mən belə məqamlarda fikir bildirəndə fərqli anlaşırılır. Burada Nəriman Axundzadəni nümunə gətirəcəm. Avropa Liqasında bir səhv etdi, sonra necə vacib qol vurdu. Düzdür, axır vaxtlar yazığı çox tənqid etdilər. Hakimlərə də aiddir. Komandanı, məşqçini böyüdən ağır məğlubiyyətlərdir. Hakim komandanın əziyyətini bu gün yerə vurur, sabah vurmaz.

Hakimlərin durumuna pis çıxmasın, yazığım gəlir. Çox vaxt meydana çıxanda onlarda da həyəcan olur. Məncə, sakit formada mövsümü başa vurmalıyıq. Bugünkü oyundakı məsuliyyəti, həyəcanı Çempionlar Liqasındakı son oyunumuzdan sonra ilk dəfədir görürdüm. Bunu çox axtarırdım. Hakimlər də sakit formada ili başa vursalar, daha yaxşıdır. Hamısı bizim həmvətənlərimizdir. Mütəxəssis kimi görürəm ki, səhvlər həddindən artıq çoxdur. Bilmirəm ki, bunu necə aradan qaldırmaq olar.

Bizim hakimlərimiz var, potensialları çox yuxarıdır. Bəzən üzülürəm ki, potensiallı hakimlər belə səhv edirlər. Bu il sanki hakimlər üçün kabus ilidir. Bundan əvvəl də hakimlərin səhvini görürdük. Sadəcə, oxşar epizodların birində belə, digərində fərqli qərar verirlər. Sanki başlarını itiriblər. Biz yenə də hər şeyə pozitiv yanaşaq.

Mövsümü uzun müddət sonra ilk dəfədir titulsuz başa vururuq. Dünya futbolunda belə hallar olur. “Qarabağ”a gələndən bir il avrokuboklara getmədik. 2021-ci ildə də mövsümü titulsuz bitirmişik. Belə hallar ola bilir. Çempionlar Liqası bizi çox yordu. Suyumuz çıxdı. Avropanın böyük komandalarına baxsaq, çoxunda bu hal yaşanır. “Liverpul” kimi komanda birnəfəsə çempion oldu. Bu il isə çox çətin mövsüm keçirirlər. Qitə miqyaslı turnirdə bir addım irəli gedirsənsə, belə şeylər qaçılmazdır.

Bu il çempionata tam yaxşı hazırlaşa bilməmişdik, fikrimizi tam olaraq ÇL-yə yönəltmişdik. İstənilən halda bir komandanın çempionluq yarışı 3-4 ildir.

“Sabah”, “Neftçi” kimi komandalar illərdir buralara hazırlaşır. Baş məşqçi olaraq mənim narahatlığım yoxdur. O demək deyil ki, biz ruhdan düşdük, bacarmayacağıq. Camaat da belə turnirlərə hazırlaşır, boş durmur. Sadəcə intriqa böyüyür, sevinirəm. Bəli, “Qarabağ”a rəqibdir. Lakin biz bir sistemlə böyüyə bilmərik. Belə məğlubiyyətlər alacağıq, sevindiyimiz, hətta üzüldüyümüz hallar olacaq. Amma bu, futboldur. Rəqibi təbrik edirəm. Azarkeşlərimiz üzüldü. Amma belə hallar ailəni möhkəmləndirir və daha məsuliyyətli edir.

Koxalskiyə təkliflər qışda çox idi. Hazırda real təklif yoxdur. Mövsümün sonunda bununla bağlı danışacağıq", - o bildirib.

Qeyd edək ki, matç 2-1 hesabı ilə "Sabah"ın qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən, "Sabah" rəqibini 4-3 məğlub edərək kubokun finalına yüksəlib.

Matçın son dəqiqəsində isə “Sabah”ın oyunçusunun əlinə cərimə meydançası daxilində top dəysə də, hakim penalti zərbəsi təyin etməyib və matçı başa çatdırıb. Bundan sonra isə “Qarabağ” üzvləri hakimə kəskin etirazlarını bildiriblər.

Tarix
2026.04.22 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

Endryu Cons: Nuhun gəmisi Türkiyədədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla