Yuxarı

“Qarabağ” qəsdən uduzduruldu? – Ekspertdən sensasiya

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” qəsdən uduzduruldu? – Ekspertdən sensasiya

Azərbaycan futbolunda hakimlik məsələsi komandaların inkişafı fonunda bərbad vəziyyətdədir. AFFA-nın yeni rəhbərliyi ölkə futboluna nəzarət edə bilmir. Ölkə futbolunda xaos yaşanır.

Bu sözləri Axar.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı Azərbaycan Kubokunda “Sabah” komandasının “Qarabağ”ı məğlub edərək finala yüksəldiyi oyunda hakimlərin səhvləri barədə danışarkən deyib.

“Vəziyyət o yerə çatıb ki, digər ölkələrdə hakim səhvlərini səhv kimi qəbul edirlər, bizdə isə qərəz və sifariş kimi. Bu səhvlər mütəmadi olaraq təkrarlanır. Belə bir fikir formalaşır ki, hakimlər sifarişlə işləyirlər. Sifarişi kimlər verir? Azərbaycan futbolunda nə baş verir və AFFA niyə bu məsələlərə müdaxilə etmir?

Azərbaycan Hakimlər Komitəsi birbaşa AFFA-nın nəzarətində olan qurumdur və qurumun rəhbəri Rəhim Həsənovdur. Rəhim Həsənov hər oyundan sonra çıxıb hakimlərin səhvlərini etiraf edir. Belə olmamalıdır axı. Bu qədər səhvlərdən sonra Rəhim Həsənov çoxdan istefa verməli idi. AFFA-nın imicinə zərər dəyir. AFFA heç bir tədbir görmür.

Koxalskinin qırmızı vərəqə alması çox ağır idi. Futbolçu topu Koxalskinin üzərindən atmışdı, “Sabah”ın futbolçusu da topu qəbul edib qapıya zərbə endirmişdi. Hakim epizodu buraxmışdı ki, oyun davam etsin. Top qapıdan keçməyəndən sonra oyunu saxlayıb, “Qarabağ”ın oyunçusuna qırmızı vərəqə vermək ədalətsizlikdir. Burada sarı vərəqə olmalı idi. “Sabah”ın oyunçusu o topu dirəyə vurmasaydı, qapıya vursaydı, qol hesaba alınacaqdı və Koxalskiyə sarı vərəqə veriləcəkdi.

Son dəqiqədə isə aşkar penalti var idi. “Sabah”ın oyunçusu futbolçunun üzərinə əlləri açıq formada gəldi və cərimə meydançasına ötürülən topun istiqamətini dəyişdi. Bu, penalti olmursa, onda penalti necə olur?! Mən bilmirəm”, - N.Muxtarlı vurğulayıb.

Ekspert qeyd edib ki, meydan hakimi səhv edə bilər, lakin o səhvi VAR görmürsə, deməli, şübhələnməyə dəyər:

“VAR-ın olduğu məqamdan danışırıq. Hakim səhvləri “Sabah”ın haqlı çempionluğuna kölgə salır. Azarkeşlərdə belə bir fikir formalaşır ki, AFFA Hakimlər Komitəsinin sədrini “Sabah”ın prezidenti Maqsud Adıgözəlov təyin etdirib. Bunu sosial şəbəkələrdə açıq yazırlar. Bu iddialar mütləq araşdırılmalıdır. Sağlam rəqabət olmasa, ölkə futbolu inkişaf etməyəcək.

Hakimlərin “Neftçi” – “Zirə” oyunundakı səhvləri “Neftçi”ni bu il avrokuboklardan kənarda qoya bilər. Komanda il boyu qarşısına qoyduğu hədəfdən məhrum oldu. Bəs VAR-ı niyə tətbiq etdilər?!

AFFA hərəkətə keçməlidir. Hakimlər Komitəsində islahatlar aparılmalıdır. Sağlam düşüncəli, kiminsə adamı olmayan kadr gətirilməlidir”.

Tarix
2026.04.23 / 12:49
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla