Yuxarı

Rəşad Məcidlə Balakişi Qasımov "Qarabağ"a görə "atışdı"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Məcidlə Balakişi Qasımov "Qarabağ"a görə "atışdı"

Azərbaycan futbolunda böyük marağa, səs-küyə və qalmaqallara səbə olan "Qarabağ" - "Sabah" mübarizəsi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Ağdam klubunun 5 illik fasilədən sonra çempionluq titulunu "bayquşlar"a verməsi geniş müzakirələrə səbəb olub.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, müxtəlif sahələrdə çalışan rəsmi şəxslər "Qarabağ"ın çempionluğu itirməsi barədə fikirlərini sosial şəbəkələrdə bildirirlər. Onlar arasında Rəşad Məcid də olub.

Azərbaycan Mətbuat Şurasının sədri Feysbuk hesabında "Sabah"ın çempionluğuna və yeni mövsümdən Azərbaycanı Avropa arenasında təmsil etməsinə münasibət bildirib.

“Sabah”ın çempion olması və ya kuboku qazanması, avrokuboklarda uğur əldə etməsi kiçik bir dairənin müvəqqəti sevincinə səbəb ola bilər, amma onların uğurlarının “Qarabağ” kimi geniş rəğbət və həyəcan yaratması mümkünsüzdür. “Qarabağ”ın Avropada uğurlarının yaratdığı sevinc təkcə futbolçuların əzmkar oyunuyla deyil, həm də komandanın adıyla bağlıydı. Torpaqlarımız işğal altında olanda, çıxılmazlıq, məyusluq dövründə “Qarabağ”ın uğurları həm də əzilən qürurumuzun dirçəlməsi, azacıq da olsa özünəgüvənin bərpası idi. Avropanın məşhur klublarıyla cəngə çıxan “Qarabağ”ın adı ətrafında müzakirələr həm də siyasi, diplomatik divident idi. Zəfərimizdən sonrakı illərdə oyunçularda və azarkeşlərdə əvvəlki entuziazmın azalması təbiidir.

Sabah bu həyəcanı “Sabah” adlı bir komandanın yarada və yaşada biləcəyi inandırıcı görünmür.

“Araz”, “Turan”, “Zəngəzur”, “Göyçə”, “Kəpəz” adları daha çox emosiya yaradardı.

Məşqçisi, oyunçuları, bütün texniki heyəti ilə “Qarabağ” bir əfsanə idi”, - deyə Rəşad Məcid yazıb.

Onun bu sözlərinə reaksiya verənlər arasında "Sabah"ın sabiq idarəçisi, İTV-nin baş direktoru, AFFA-nın vitse-prezidenti Balakişi Qasımov da olub. O, Rəşad Məcidin sözlərinə ritorik şəkildə cavab verib:

"Bəlkə belə bir qayda tətbiq edək ki, çempion olan komanda bir il müddətinə adını dəyişib “Qarabağ” qoysun? O zaman həm hisslər yerində olar, həm də siyasət".

Rəşad Məcid isə Balakişi Qasımova komandanın adının "Sabah-Bakı" olmasını təklif edib:

"Balaş müəllim, “Sabah” gözəl oynayır, təbrik edirəm. Davamlı olsun!

90-ci illərdə mən də "Sabah" adlı qəzet açmaq istəyirdim. Kimsə artıq qeydiyyatdan keçirmişdi. "Sabah" əla addır.

Amma mən dediyim ümummilli rəğbətin yaranması üçün adda hansısa bir hekayə olmalıdır. Məsələn,”Sabah-Bakı”.

Qeyd edək ki, "Sabah" ötən gün "Qarabağ"ı Azərbaycan kubokunda mübarizədən kənarlaşdıraraq finala yüskəlib. Premyer Liqada isə lider olan "bayuşlar"la ikinci pillədki "köhlən atlar" arasında xal fərqi 13-dür.

Tarix
2026.04.23 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla