Yuxarı

Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?

"Benfika"nın baş məşqçisi Joze Mourinyo karyerasının perspektivi ilə bağlı suallara aydınlıq gətirib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, daha əvvəl Mourinyo yaydan sonra da "Benfika"da qalmaq istədiyini, lakin gələcəyinin klubun rəhbərliyinin tutacağı mövqedən asılı olduğunu xüsusi vurğulamışdı.

"Vəziyyət hər kəsə məlumdur. Mövsüm başa çatdıqdan sonra əməkdaşlığı davam etdirmək və ya yollarımızı ayırmaq barədə qərar vermək üçün 10 gün vaxtımız olacaq. Demək istədiyim hər şeyi artıq bildirmişəm. Kifayət qədər - bəlkə də lazım olduğundan daha çox danışılıb, ona görə də təkrarlamağın heç bir mənası yoxdur. Bununla da məsələ bağlanır", - deyə Mourinyo qeyd edib.

Təcrübəli məşqçi "Real Madrid" və ya Portuqaliya Futbol Federasiyasından gələ biləcək ehtimal olunan təkliflərlə bağlı sualı isə belə cavablandırıb:

"Bu mövzuda başqa heç nə demək istəmirəm. "Benfika" barədə hər şeyi demişəm və əlavə şərh verməyəcəyəm".

63 yaşlı mütəxəssis Portuqaliya mətbuatında klub prezidenti Ruy Koşta ilə aralarında münaqişə olması barədə yayılan xəbərləri də qəti şəkildə təkzib edib.

Qeyd edək ki, portuqaliyalı mütəxəssisin "Benfika" ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Lakin razılaşmada hər iki tərəfin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi variantı da nəzərdə tutulub.

Tarix
2026.04.25 / 12:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov bacısının vəfatına görə Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla