Yuxarı

Sadıqov Elvindən danışdı: Qurbanov buna tab gətirə bilməyib

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sadıqov Elvindən danışdı: Qurbanov buna tab gətirə bilməyib

​Elvin Cəfərquliyevin düşdüyü durum məyusedicidir. Dəqiq nə baş verdiyini bilmirəm. Bircə onu başa düşürəm ki, Qurban Qurbanov hansısa yerli futbolçuya qarşı belə sərt qərar verirsə, deməli, bunun nəsə əsasları var.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXIX turunda “Turan Tovuz”la oyundan (1:1) sonra mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilməsinə münasibət bildirib.

Cəfərquliyevi ilk dəfə Ağdam klubuna dəvət edən və bugünkü karyerasında önəmli rolu olan Sadıqov hazırkı vəziyyətdən təəssüfləndiyini bildirib:

“Sosial şəbəkələrdə Elvinin həm mənimlə, həm də Qurban müəllimlə bağlı müsahibələrini görmüşəm. Deyir ki, baş məşqçi mənimlə sərt danışdı, mən də söz verdim ki, bir daha olmayacaq. Ehtimal edirəm ki, eyni hal təkrarlandığı üçün Qurbanov buna artıq tab gətirə bilməyib. Təbii ki, Elvin komandasının və millinin aparıcı üzvlərindəndir. Bu hal məni məyus etməyə bilməz”.

Tarix
2026.04.28 / 01:14
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla