Yuxarı

Qapıçı möhtəşəm qol vurdu, lakin... - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qapıçı möhtəşəm qol vurdu, lakin... - Video

Ukrayna çempionatında Ternopolun “Niva”sı ilə “Bukovina” arasında keçirilən oyunda maraqlı və bir qədər də kurioz epizod yaşanıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ternopol təmsilçisinin qapıçısı İlya Olxovyi inanılmaz zərbə ilə yadda qalıb, lakin bu qol kimi qeydə alınmayıb.

Qapıçı öz qapısından sərbəst zərbə yerinə yetirərkən topa güclü zərbə endirib. Top bütün meydanı keçərək rəqib qapıçının üzərindən aşıb və tora daxil olub. Epizod nə qədər baxımlı olsa da, hakim qolu hesaba almayıb.

Bunun səbəbi qaydalarla bağlıdır: sərbəst zərbədən sonra topun qol kimi qeydə alınması üçün ən azı bir başqa oyunçuya toxunması tələb olunur. Bu epizodda isə heç bir futbolçu topun trayektoriyasını dəyişmədiyi üçün qol etibarsız sayılıb və oyun davam etdirilib.

Qeyd edək ki, qarşılaşma “Bukovina”nın 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.

Tarix
2026.04.28 / 23:31
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla