Yuxarı

“Sabah”la oyun: “Qarabağ”a 50 minlik cərimə, Yankoviç isə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sabah”la oyun: “Qarabağ”a 50 minlik cərimə, Yankoviç isə...

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları ilə bağlı bir sıra qərarlar qəbul edib.

AFFA-dan Axar.az-a bildirilib ki, “Zirə” – “Turan Tovuz” görüşündə qonaq komanda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

“Sabah” – “Qarabağ” qarşılaşmasında isə hər iki klubla bağlı ciddi intizam tədbirləri görülüb. Ev sahibləri 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ziyana düşüb. Paytaxt təmsilçisinin azarkeşləri tərəfindən meydana kənar əşyaların atılması 2000 manat, tribunadan meydana kənar şəxsin daxil olması 6500 manat, pirotexniki vasitələrdən istifadə edilməsi isə 3000 manat cərimə ilə nəticələnib.

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Polşalı qolkiper 1 oyunluq cəzalanıb, klubunu isə 1000 manat xərcə salıb.

Matçdan sonra Ağdam klubunun futbolçusu Marko Yankoviç hakim qərarına etiraz etdiyi üçün ikinci sarıdan qırmızı vərəqə alıb. Daha sonra onun hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyi və hədə-qorxu gəldiyi bildirilib. Bu səbəbdən monteneqrolu yarımmüdafiəçi 8 oyunluq cəzalanıb, klub isə 25 500 manat cərimə olunub. Bundan başqa, “Qarabağ” azarkeşlərinin meydana kənar əşyalar atmasına görə klub 2000 manat, dəfələrlə pirotexniki vasitələrdən istifadəyə görə 7000 manat, kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə isə 8000 manat ödəyəcək. Həmçinin azarkeş sektorunda zərər və dağıntı törədildiyi üçün ağdamlılar 5000 manat ziyana düşüb. Klub stadionda sındırılmış 70 oturacağın dəyərini də qarşılamalı olacaq. Oyundan sonra komandanın məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyi və onu təhqir etdiyi üçün 6 oyunluq cəzalanıb. Klub buna görə 18 min manat cərimə edilib.

Komandanın əməkdaşı İlqar Şamilov isə matçın rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunluq diskvalifikasiya olunub. “Qarabağ” bu səbəbdən əlavə 8000 manat ödəyəcək.

Tarix
2026.05.08 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla