Yuxarı

Komandama güvənirəm – Robert Prosineçki

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komandama güvənirəm – Robert Prosineçki

Milli komanda artıq 5 gündü toplanışdadı. Zədəlilər olsa da, hazırlıqdan tam razıyam.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Komandamız DÇ-2018-in seçmə mərhələsində sabah Norveçi qəbul edəcək.

Görüş öncəsi təşkil edilən mətbuat konfransında Prosineçki millimizin şanslarını dəyərləndirib: "Ab-havadan razıyam. Rəqib güclüdü. Seçmə mərhələyə uğursuz başlayıblar. Oyunçuları böyük liqalarda çıxış edirlər. Amma komandama güvənirəm. İnanıram ki, yaxşı nəticə qazanacağıq".

- Oyun praktikasından əziyyət çəkən bəzi futbolçular milliyə dəvət alıblar. "Sumqayıt"da müntəzəm çıxış edən Vaqif Cavadov niyə dəvət almayıb?

- Ramil Şeydayev gənc futbolçudu, Azərbaycan üçün önəmli oyunçu olacaq. Vaqif Cavadovla da eyni mövqedə oynamır. Vaqif Cavadovun mövqeyində ondan yaxşı futbolçular olduğu üçün onu çağırmadım. Digər tərəfdən "Trabzonspor"la "Sumqayıt" arasında böyük fərq var.

- Bədavi Hüseynovun olmamasının səbəbi zədədən sonra hazır olmamasıdı?

- Bədavi iki aya yaxın futboldan kənarda qaldı. "Fiorentina" və "Qəbələ" ilə son oyunlarda iştirak edib. Yavaş-yavaş formasını yığır. Amma Bədavi Norveçlə matçda iştirak edəcək formada deyil. 3 gündən sonra da Çexiya ilə oynayacağıq. Maksim Mevdevev də bir neçə dəfə sübut edib ki, həmin mövqedə Bədavini əvəzləməyə layiqdi.

Tarix
2016.10.07 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla