Yuxarı

Qurban Qurbanov qələbədən və "Tvente"dən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanov qələbədən və "Tvente"dən danışdı

22:16

Futbolçuları təbrik edirəm. Çox gərgin oyun keçdi. Bəzi dəqiqələri çıxmaq şərtilə futbolçular oyununun içində oldular. Stadionda əla atmosfer var idi.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Ukraynanın “Dinamo” (Kiyev) komandasına 2-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Dinamo Kiyev" kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir. Bilirəm ki, Azərbaycanda bu klubun azarkeşləri çoxdur. Biz özümüz də uşaq vaxtı Kiyev təmsilçisinə azarkeşlik edirdik. İlk oyundan fərqli olaraq, topla yaxşı oynayırdıq, rəqibi topsuz qoyurduq. Mən tərəfindən dəyişikliklər oldu. Desəm ki, oyundan tam razı idim, yalan olar. Lakin hər oyunun öz önəmi var. Qələbə hər zaman fərqli hisslər yaradır", - deyə çalışdırıcı qeyd edib.

Baş məşqçi bu matçda ehtiyatda qalan qapıçı Mateuş Koxalski haqqında da danışıb: "Bəzən futbolçulara istirahət vermək lazımdır. Onun performansından razıyıq. Koxalski haqqında ayrılacağı ilə bağlı yayılan xəbərlər doğru deyil. Martin Zlomisliçdən də razıyam. Təcrübəli qapıçıdır. Dünya çempionatında meydana çıxmasa belə, həmin ab-havanı görüb".

Mütəxəssis pley-off mərhələsindəki rəqibləri olan Niderlandın "Tvente" klubu barədə də danışıb:

"Onların Slovakiya təmsilçisi ilə ilk matçlarına baxmışam. Qolları əsl Niderland futboluna uyğun vururdular. Yadınızdadırsa, biz ilk dəfə bu rəqibi üstələyərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdıq".

Tarix
2026.08.13 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla