Yuxarı

Teleşoudan ÇL-ə: Dambrauskas “divlər” səhnəsində... - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teleşoudan ÇL-ə: Dambrauskas “divlər” səhnəsində... - Foto

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında İsrailin “Hapoel” (Beer-Şeva) klubunu əlavə vaxtda 5:2 hesabı ilə (ümumi: 6:4) darmadağın edən “Sabah” təkcə öz tarixinin ən böyük zəfərini qazanmadı. Bu nəticə həm də dünya idman mətbuatının diqqətini Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskasa yönəltdi.

Axar.az Futbolpress.az-a istinadla xəbər verir ki, dünyanın aparıcı idman nəşrləri 8 illik tarixə malik Bakı klubunu Avropanın elit səhnəsinə çıxaran litvalı mütəxəssisin sıfırdan zirvəyə uzanan qeyri-adi həyat hekayəsindən yazır.

Böyük uğurun kiçik başlanğıcı

Valdas Dambrauskasın məşqçilik karyerasının başlanğıcı futbol meydanlarından deyil, televiziya ekranlarından keçib. 2000-ci ildə Litvada “Milyonçu” intellektual yarışmasına qatılan Dambrauskas 4 min Litva litası (hazırkı məzənnə ilə təxminən 3000 manat) mükafat qazanıb. Litvalı mütəxəssis bu pulu bütünlüklə öz futbol tutqusuna investisiya edərək həyat yoldaşı ilə birlikdə İngiltərəyə köçüb.

O, Londonda yerləşən London Metropolitan Universitetinin idman elmləri və məşqçilik ixtisasına qəbul olunaraq ali təhsil alıb. Məşqçilik fəaliyyətinə isə 2007-ci ildə İngiltərənin aşağı liqa təmsilçisi “Kinqsberi London Taygers” klubunda başlayıb və komandanı öz tarixinin ən yüksək nöqtəsinə çatdırıb.

12 klubluq təcrübə və tarixi uğur

İngiltərədəki təhsildən sonra öz ölkəsinə qayıdan Dambrauskas əvvəlcə Litva millisinin müxtəlif yaş qrupları üzrə komandalarında, daha sonra isə “Jalgiris”də çalışaraq ilk ciddi uğurlarını qazanıb. Karyerası pillə-pillə yüksələn mütəxəssis Latviya, Xorvatiya, Bolqarıstan və Kipr təmsilçiləri də daxil olmaqla ümumilikdə 12 fərqli klubda böyük təcrübə toplayıb.

Dambrauskas əsl məharətini Azərbaycan çempionatında sübut edib. “Sabah”ın “sükanı arxası”nda ölkə çempionatını və kubokunu qazanan Dambrauskas uzun illər davam edən “Qarabağ” hegemonluğuna son qoyub və indi də Masazır təmsilçisini Çempionlar Liqasının liqa mərhələsinə daşıyıb.

“Hapoel”lə matçdakı qələbə sayəsində Valdas Dambrauskas Çempionlar Liqasında komandaya rəhbərlik edəcək ilk litvalı mütəxəssis kimi tarixə düşüb. Turnirə I təsnifat mərhələsindən başlayıb əsas mərhələyə kimi addımlayan “Sabah” isə Azərbaycan futbolunda bu nəticəni göstərən ilk təmsilçimiz olub.

Büdcəsindən böyük zəfər

Mötəbər “Transfermarkt” portalının son göstəricilərinə əsasən, heyətinin ümumi transfer dəyəri cəmi 17 milyon avro olan Masazır klubu əldə etdiyi bu nəticə ilə maliyyə baxımından da böyük sıçrayış edib. UEFA-nın mükafat bölgüsü sisteminə əsasən, “Sabah” yalnız Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandığı üçün zəmanətli olaraq 18,62 milyon avro mükafatı (iştirak haqqı) təmin edib.

3000 manatlıq televiziya mükafatı ilə başlayan və İngiltərənin aşağı liqalarından keçən bu yol Masazırda yazılan böyük bir Avropa nağılına çevrilib.

Tarix
2026.08.27 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla