Yuxarı

“Sabah” Masazırdan niyə köçüb?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sabah” Masazırdan niyə köçüb?

“Dalğa Arena”da hazırda son tamamlama, yəni kosmetik işlər aparılır. “Sabah”ın “Qarabağ”la ev oyunu yenilənmiş stadionumuzda baş tutacaq.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Çempionlar Liqası təmsilçisinin prezidenti Maqsud Adıgözəlov deyib.

Adıgözəlov “Sabah”ın Masazırdan köçməsinin azarkeşlər tərəfindən birmənalı qarşılanmamasına da münasibət bildirib.

O, dəyişikliyin logistik səbəblərlə bağlı olduğunu deyib:

“Masazır hər zaman bizim ürəyimizdədir. Biz ilk oyunumuzdan orada olmuşuq. Sadəcə, şərait məsələsi bu dəyişikliyə səbəb yaratdı. Biz hər dəfə Şüvəlandakı öz bazamızdan Masazıra ən azı bir saat 40 dəqiqə yol gedirdik. Bu da komanda üçün problem yaradırdı. Ona görə də “Dalğa Arena” lokasiya olaraq daha əlverişlidir”.

Klub prezidenti “Dalğa Arena”da Masazırlı azarkeşlər üçün yeniliklərin olacağını və onların oyunlara cəlb edilməsi üçün şərait yaradılacağını da bildirib:

“Biz azarkeşlər üçün hər cür şərait yaradacağıq ki, onlar Masazırdan “Dalğa Arena”ya gəlsin və komandamıza dəstək olsunlar. "Dalğa Arena"da Masazır azarkeşləri üçün sürpriz hazırlamışıq ki, onlar özlərini orada öz evlərindəki kimi hiss etsinlər”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının IX turunda keçiriləcək “Sabah” - “Qarabağ” görüşü oktyabrın 25-də baş tutacaq.

Xatırladaq ki, “Sabah” 2017-ci ildə yarandığı gündən ev oyunlarını Masazırdakı “Bank Respublika Arena”da keçirib.

Tarix
2026.09.30 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla