Baş nazirdən qadınların hərbi xidmət müddəti ilə bağlı qərar
20:33
| Ana səhifə İdman |
|
Bizim üçün vacib oyundur. Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik.
Axar.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.
"Rəqib komanda istəklidir, itirəcəkləri heçnə yoxdur. Matç ərzində əks hücumlara üstünlük verəcəklər. Biz də öz növbəmizdə çalışacağıq ki, rəqib komandanın müdafiə xəttini məharətlə yaraq. Azarkeşlərimizin önündə yaxşı oyun nümayiş etdirərək qələbə qazanmaq istəyirik", - baş məşqçi bildirib.
Qeyd edək ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
|
Tarix
2026.09.30 / 19:49
|
Müəllif
Axar.az
|