Yuxarı

Günahkar axtarmayacağıq, məsuliyyət məndədir!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Günahkar axtarmayacağıq, məsuliyyət məndədir!

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə oyundakı nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Axar.az xəbər verir ki, bu barədə yığmamızın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.

Mütəxəssis Bakıda Lixtenşteyn yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu haqqında fikirlərini bölüşüb:

"Qələbə qazanmaq istəyirik, alınmadı. Vəziyyətimizi daha da çətinləşdirdik. Epizodlardan istifadə edə, tempi qaldıra bilmədik. Günahkar axtarmayacağıq, məsuliyyət məndədir. Futbolçular çalışdılar, alınmadı".

A.Abbasov istədikləri kimi çıxış edə bilmədiklərini vurğulayıb:

"Nəticədən narazı qalanların hər biri haqlıdır. Bu gün rəqibi udmağa məcbur idik. Performansımızdan zəif çıxış etdik. Bunun çıxış yolu Litva ilə oyunda qalib gəlməkdir. Müqaviləmiz qışadəkdir. Biz buraya ağır dönəmdə gəldik, çəkinmədən məsuliyyəti üzərimizə götürdük. Rəhbərlik hansı qərarı versə, onlarla razıyam".

Baş məşqçi komandanı növbəti oyuna hazırlamağın çətin olacağını söyləyib:

"Heyətdə dəyişikliklər olacaq. Futbolçularla danışacağıq. Real danışmaq lazımdır, komandamı tərifləməyəcəm. Qələbə qazanan komandaya gəlməmişdim. İslandiya seçməsi bizə gəzə-gəzə beş qol vurmuşdu. Bu gün o yoxdur. Milli komandada istək var".

Tarix
2026.10.01 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla