Yuxarı

Farslar təhqir yağdırdı, “Traktor” oyundan imtina etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Farslar təhqir yağdırdı, “Traktor” oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin “Traktor” komandası meydana çıxmaqdan imtina edib.

Axar.az xəbər verir ki, bu barədə idman mediası məlumat yayıb.

Məlumata görə, buna oyun başlamazdan əvvəl stadiondakı yerli azarkeşlər tərəfindən azərbaycanlılara qarşı irqçi şüarlar səsləndirilməsi və “Traktor” futbolçularının şərəf və ləyaqətinin hədəf alınması səbəb olub.

Baş verən hadisələrə etiraz olaraq "Traktor" klubunun sahibi Məhəmməd Rza Zunuzi komandanı meydana çıxmamağa çağırıb.

Klub rəhbərliyi yaydığı bəyanatda bildirib ki, əgər bu hadisəyə görə komandaya qarşı hər hansı texniki məğlubiyyət qərarı verilərsə, onlar İran çempionatını tamamilə tərk edə bilərlər.

Təbriz təmsilçisi İran Futbol Federasiyasının bu hadisə ilə bağlı verəcəyi rəsmi intizam qərarını gözləyir.

Tarix
2026.10.19 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla