Yuxarı

11 Sentyabrı alqışlayan ABŞ dahisi – Fişer

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu York şəhərində dünya şahmat tacı uğrunda rusiyalı Sergey Karyakin və norveçli Maqnus Karlsen arasında gərgin mübarizə davam edir. On iki partiyadan ibarət matç noyabrın 30-da yekunlaşacaq.

Axar.az xəbər verir ki, bu şahmat yarışı məşhur Robert Fişeri bir daha gündəmə gətirib. ABŞ-da doğulan, vətəndaşlıqdan çıxarılan və islandiyalı olaraq vəfat edən Fişer bu gün şahmat yarışına ev sahibliyi edən ABŞ-ın yetişdirdiyi yeganə dünya çempionudur.

R.Fişer 9 mart 1943-cü ildə Çikaqoda yəhudi ailəsində anadan olub. ABŞ-da siyasi baxışlarına görə təqib olunan kommunist, anti-faşist atası Hans-Herhardt Fişer II Dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. Onun SSRİ xüsusi xidmət orqanlarında çalışdığı deyilsə də, bu, təsdiq olunmayıb.

Fişerə macar yəhudilərindən olan Pol Nemeni atalıq edib. Əslən İsveçrədən olan anası Reqina Vender isə özünə qapalı qadın idi. Onun bu xasiyyəti oğluna da keçmişdi. 6 yaşlı balacaya şahmatı bacısı Coan Fişer öyrədir. O, artıq 13 yaşında şahmat üzrə ABŞ çempionu idi...

***

Fişer 1972-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə Sovet İttifaqından olan dünya çempionu Boris Spasskiyə 2-0 geridə olduğu halda 12.5-8.5 hesabı ilə qalib gələrək İttifaqın bu sahədə hegemonluğuna son qoyur. Görüş Soyuq müharibə dövrünə təsadüf etdiyindən dünyada böyük rezonansa səbəb olmuşdu.

Bu hadisədən sonra Fişerin şöhrəti artır və o, dünyanın bir nömrəli qrossmeysteri olur. Hətta o, 1975-ci ildə Anatoli Karpov ilə görüşdən əvvəl Beynəlxalq Şahmat Federasiyasına (FİDE) müraciət edərək, matçın yerinin təyin olunması üçün bəzi şərtlər irəli sürür, əks halda matça çıxmayacağını bildirir. Lakin FİDE Fişerin şərtlərini rədd edir və Karpovu dünya çempionu elan edir.

Bu hadisədən sonra bərk sarsıntı keçirən şahmat dahisi təxminən 20 il hər şeydən uzaqlaşır.

Qanunları pozan Fişer...

BMT-nin Yuqoslaviyaya tətbiq etdiyi embarqonu pozan Fişer 1992-ci ildə bu ölkəyə gəlir və şahmat çempionatında iştirak edir. Bu yarışdan sonra ölkəsi ilə münasibətləri pisləşir. Çünki onu ABŞ-da 10 illik həbs və 250 min dollar pul cəzası gözləyirdi. Bu səbəbdən Fişer ömrünün axırına kimi ölkəsinə gedə bilmədi.

Ən bahalı şahmat oyunu

Fişerin qarşısında dövlət tələb qoyduqca, o, buna qarşı çıxırdı. 1992-ci ildə hökumətin göndərdiyi rəsmi müraciətə tüpürərək, cavab verməkdən belə çəkinməmişdi. Bütün bunlara baxmayaraq, heç nə Fişeri Spasski ilə üz-üzə gəlməkdən saxlaya bilmədi.

Monteneqro sahillərində yerləşən bir adada köhnə rəqibi ilə üz-üzə gələn Fişer 20 ildən sonra 10-5 hesabı ilə qalib gələrək 3,5 milyon dollar qazanmışdı. Bu, şahmat tarixində ən bahalı oyun idi...

***

1992-ci ildən etibarən Fişer ABŞ təqibindən qaçır, Yaponiya, Macarıstan, Filippin kimi ölkələrdə müvəqqəti yaşayırdı. Bu işdə ona şahmatsevər dostları çox kömək edirdi. Fişerin 12 illik qaçaq həyatı Yaponiyanın Narita Hava Limanında sona çatır. 2004-cü ildə dahi şahmatçı Yaponiyadan Filippinə keçərkən yaxalanır. Onun cinayəti etibarsız pasport ilə ölkəni tərk etməyə təşəbbüs göstərməsi idi. Çünki Fişerin illərdir istifadə etdiyi pasport özünün xəbəri olmadan ABŞ hökuməti tərəfindən ləğv edilmiş, rəsmi Tokioya bu barədə məlumat verilmişdi. 9 ay Yaponiyada məhbəs həyatı yaşayan Fişer 2005-ci ilin martında İslandiyaya deportasiya olunur.

Şahmat 960

Fişer 19 iyun 1996-ci ildə Argentinada şahmatın fərqli növünü yaratdığını elan edir. Fişerin şahmatında standart şahmat lövhəsi və fiqurlardan istifadə olunur, sadəcə fiqurlar fərqli düzülür. Sonralar "Şahmat 960" adlanan bu növdə öncədən əzbərlənmiş debütlər vasitəsilə üstünlük əldə etmək qeyri-realdır, oyunçular yalnız öz istedadlarından və yaradcılıqlarından istifadə etməlidirlər. 2006-cı ildə İslandiyada radioverilişdə Fişer Şahmat-960-ı niyə yaratdığını belə izah edir: "Oyun əsasən debütdən asılıdır. Keçən əsrin çempionları mənim və indiki oyunçuların bildiyi qədər açılışları bilmirlər. Əgər onlar indi sağ olsaydılar, uğursuz açılışlar edərdilər. Sən güclünü müqayisə edə bilməzsən, ancaq təbii bacarıq haqqında danışa bilərsən. Əzbərçilik böyük gücdür. 14 yaş və ya daha kiçik yaşlı uşaq Kapablanka və ya keçən əsrin oyuncuları (Mörfi, Steinitz) ilə açılışlarda üstünlük əldə edə bilər. Bəlkə də yox, çünki debütdə üstünlük əldə edəndə, bu, təkcə açılışda üstünlük demək deyil, artıq növbəti gedişləri necə oynayacağını bilməkdir. Bir çox nümünələr var ki, həmin vəziyyətdə necə oynamaq lazım olduğuna kömək edir. Buna görə də mən artıq şahmatı sevmirəm. Bu yalnız əzbərçilik və əvvəlcədən hazırlaşmaqdır...".

11 Sentyabr

Filippin radiosunun efirində 11 Sentyabr terror aktları haqda gedən radioverilişə zəng vuran Fişer birbaşa efirdə bu hadisəyə görə çox sevindiyini demişdi: "Bu heyranedici xəbərdir... ABŞ dağıdılmalı və məhv olmalı ölkədir... Bir neçə ay əvvəl BBC-də ABŞ-ın dünyada törətdiyi cinayətlər haqqında eşitdim və qulaqlarıma inanmadım. Bu onu göstərir ki, nə əksən, onu da biçərsən, ABŞ olsan belə. Bu gün baş verən hadisə kimi... Bu hərəkəti alqışlayıram. Baxın, ABŞ və İsrail neçə illərdir Fələstində qətliamlar törədirlər. İndi isə növbə ABŞ-dadır. Mən Amerikanın məhv olmasını istəyirəm... Yaponiya heç kəsin vecinə deyildi. Amerika atom bombası ilə neçə minlərlə insanı məhv eltdi və gülməli bəhanə gətirdi: "Bir milyon amerikalı əsgəri xilas etdik…". Mən Amerikadan qorxmuram…".

Ölümü

Fişer 2007-ci ilin noyabrında böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Onun həkimlərin bütün səylərinə baxmayaraq, əməliyyatdan imtina etməsi isə ölümünə səbəb olur.

Robert Fişer 17 yanvar 2008-ci ildə xəstəxanada vəfat edir. Öz istəyi ilə dəfn mərasimində həyat yoldaşı Miyoko Vatai və bir neçə island dostu iştirak edib.

Fişerin Spasskiyə qarşı gözlənilməz ilk gedişi ilə məşhur olan və hələ də müzakirə edilən oyununu təqdim edirik

Tarix
2016.11.21 / 08:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla