Yuxarı

"Trabzonspor" səfərdə qalib gəldi - IV tur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Trabzonspor" səfərdə qalib gəldi - IV tur

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları başa çatıb.

"Axar.az"ın Trend ə istinadən xəbərinə görə, Azərbaycan yığmasının oyunçusu Ruslan Abışovun şərəfini qoruduğu Kazanın "Rubin" komandası öz meydanında İngiltərənin "Uiqan" klubunu qəbul edib. Oyun 1:0 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb.

Türkiyənin "Trabzonspor" klubu səfərdə Polşanın "Legiya" komandası ilə qarşılaşıb. 71-ci dəqiqədə avtoqol qeydə alınıb: Dossa Cunior türkləri sevindirib. 8 dəqiqə sonra Olcan Adin hesabı 2-yə çatdırıb - 0:2.
Beləliklə, Trabzon təmsilçisi 4 oyundan 10 xalla qrup liderliyini davam etdirir.

Turun ən çox qol vurulan matçı Təl-Əvivdə baş tutub. Yerli "Makkabi" klubu Almaniyanın "Ayntraxt" komandasını 4:2 hesabı ilə məğlub edib.

Turun digər oyunları:

A qrupu

"Kuban" (Krasnodar, Rusiya) - "Suonsi" (İngiltərə) - 1:1

"Sent Qallen" (İsveçrə) - "Valensiya" (İspaniya) - 2:3

B qrupu

"Ludoqorets" (Razqrad, Bolqarısran) - "Çernomorets" (Odessa, Ukrayna) - 1:1

"PSV Eyndhoven" (Hollandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0

C qrupu

"Esbyerq" (Danimarka) - "Elfsborq" (İsveç) - 1:0

"Standard" (Lyej, Belçika) - "Zalsburq" (Avstriya) - 1:3

D qrupu

"Rubin" (Kazan, Rusiya) - "Uiqan" (İngiltərə) - 1:0

"Maribor" (Sloveniya) - "Zulte Varegem" (Belçika) - 0:1

E qrupu

"Dnipro" (Ukrayna) - "Pakoş Ferreyra" (Portuqaliya) - 2:0

"Panduri" (Rumıniya) - "Fiorentina" (İtaliya) - 1:2

F qrupu

APOEL (Nikosiya, Kipr) - "Bordo" (Fransa) - 2:1

"Makkabi" (Təl-Əviv, İsrail) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 4:2

G qrupu

"Rapid" (Vyana, Avstriya) - "Genk" (Belçika) - 2:2

"Thun" (İsveçrə) - "Dinamo" (Ukrayna) - 0:2

H qrupu

"Sevilya" (İspaniya) - "Liberets" (Çexiya) - 1:1

"Eştoril" (Portuqaliya) - "Frayburq" (Almaniya) - 0:0

I qrupu

"Riyeka" (Xorvatiya) - "Lion" (Fransa) - 1:1

"Gimarayeş" (Portuqaliya) - "Betis" (İspaniya) - 0:1

J qrupu

"Legiya" (Varşava, Polşa) - "Trabzonspor" (Türkiyə) - 0:1

"Latsio" (İtaliya) - "Apollon" (Limassol, Kipr) - 2:1

K qrupu

"Tromso" (Norveç) - "Anji" (Mahaçqala, Rusiya) - 0:1

"Tottenhem" (İngiltərə) - "Şerif" (Moldova) - 2:1

L qrupu

"AZ Alkmaar" (Hollandiya) - "Şaxtyor" (Karaqanda, Qazaxıstan) - 1:0

"Makkabi" (Hayfa, İsrail) - PAOK (Yunanıstan) - 0:0

Tarix
2013.11.08 / 02:22
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla