Yuxarı

"Qəbələ"nin futbolçusu Almaniyada saxlanıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ" klubunun futbolçularından biri Almaniyanın Frankfurt hava limanında problemlə üzləşib.

Report-un məlumatına görə, adı açıqlanmayan oyunçu Portuqaliyadan aldığı oturum icazəsi müddətinin 4 dekabrda başa çatması səbəbindən federal polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə "qırmızı-qaralar" "Maynts"la Avropa Liqasının qrup mərhələsinin VI tur matçına yollanarkən baş verib. Xəbərdə bildirilir ki, hərtərəfli araşdırmalardan sonra istisna hal kimi həmin futbolçuya 60 avroluq müvəqqəti viza açılıb. Bundan sonra futbolçu sərbəst buraxılıb və məsələ meydanda ədalətli oyunun xeyrinə həll olunub.

Klubun meneceri Səbuhi Səfiyarlı açıqlamasında belə bir hadisənin baş verdiyini təsdiqləyib. O, belə bir problemlə liberiyalı yarımmüdafiəçi Teo Uiksin üzləşdiyini söyləyib: "Uiksin Portuqaliya oturumunda qalma müddəti ilə bağlı problem çıxmışdı. Sonradan özləri 3 günlük Almaniya vizası verdilər. Ciddi bir problem deyildi və tezliklə həllini tapdı".

Qeyd edək ki, görüş "Maynts"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Teo Uiks "Qəbələ"yədək Türkiyənin "Ankaraspor", "Ankaragücü", "Çaykur Rizespor", "Göztepe", Portuqaliyanın "Maritimu", Kiprin "Ermis Aradippu" komandalarında çıxış edib.

Tarix
2016.12.10 / 13:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Bakıda tam fiaskoya uğradı - Ekspert

İlham Əliyev müftiləri qəbul etdi

Rusiya dövlət kanalında Əliyevlə bağlı bu kadrlar... - Video

Prezidentdən demarkasiya ilə bağlı mühüm açıqlama

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Foto

Bundan sonra siyasi hücumlara məruz qaldıq - Prezident

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi

Biz imkan verə bilmərik ki... - İlham Əliyev

Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla