Yuxarı

Cüdoçularımız Avropa Kubokunda birinci oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna yekun vurulub.

APA xəbər verir ki, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

+90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Adil Kərimli yalnız final görüşündə qələbəni əldən verib və gümüş medala layiq görülüb. 73 kq çəki dərəcəsində çıxış edən Vüsal Şamilov isə 7-ci olub.

Bununla, 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq, Azərbaycan millisi komanda hesabında Avropa kubokunda birinci olub.

Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunurdu.

Tarix
2017.02.20 / 00:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron populyar siyasətçi deyil, ondan niyə danışım? - Fiko

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla