Yuxarı

Məşhur idmançılar Azərbaycana gəlir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 10-12-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” seriyasından növbəti mərhələ yarışı keçiriləcək.

Bu barədə məlumat Axar.az-a Azərbaycan Cüdo Federasiyasından daxil olub.

İştirakçıların say tərkibinin ötən illərin turnirlərindən geri qalmasına baxmayaraq, Azərbaycana bir sıra adlı-sanlı idmançılar gələcək, onların bəziləri özlərini yeni çəki dərəcələrində sınayacaqlar.

Bu günə kimi turnirə 32 ölkədən 206 iştirakçı müraciət edib. Bu sayın xeyli faizini tatami sahibləri təşkil edir: Azərbaycan 50 cüdoçu ilə təmsil olunacaq. Rio-de-Janeyro Olimpiadasının çempionları müxtəlif səbəblərdən Bakıya gəlməyəcəklər. Məsələn, Braziliya Olimpiadasının finalında 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucova qalib gəlmiş Şohei Ono diqqətini təhsili üzərində cəmləşdirmək qərarına gəlib. O, təhsil aldığı Tenri Universitetinin məzunu olmaq üçün diplom işini bitirməli və bu yay müdafiə etməlidir. Buna görə də az qala bütün il tatami üzərinə çıxmayacaq və çox güman, Yaponiya komandasının heyətində dünya çempionatında iştirak etməyəcək.

Rio-de-Janeyro Olimpiadasının digər qalibi, finalda Elmar Qasımovu məğlub etmiş Lukaş Krpalekin (100 kq) də Azərbaycan paytaxtında mübarizə aparmaq şansı olub. Əvvəlcə Çexiya komandası “Böyük dəbilqə”yə qatılmaq istəyib. Amma sonra müraciətini geri götürüb. Amma Krpalek Bakıya gəlsəydi belə, E.Qasımovla finaldakı görüşü təkrar olunmayacaqdı, çünki öz çəki dərəcəsində bütün mümkün titulları qazanan çexiyalı cüdoçu gücünü superağır çəkidə sınamaq qərarına gəlib.

Bakı startının ən adlı-sanlı idmançılarından biri kolumbiyalı üçqat dünya çempionu, Yay Olimpiya Oyunlarının ikiqat medalçısı Yuri Alveardır (70 kq). Braziliya yığmasının heyətində London Olimpiadasının çempionu Sara Menezeşi fərqləndirmək olar. O, yeni çəki dərəcəsində (52 kq) mübarizə aparacaq.

Kişi cüdoçular arasında London Olimpiadasının qalibi, gürcüstanlı Laşa Şavdatuaşvilini (73 kq) və Pekin Olimpiadasının gümüş medalını qazanmış özbək Abdullo Tanqriyevi (100 kq-dan çox) qeyd etmək olar. Yay Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı Henk Qrol da superağır çəkidə gücünü sınayacaq. O, 2013-cü ildə Rio-de-Janeyroda keçirilən dünya çempionatının finalında Elxan Məmmədova qalib gəlib. Hazırda hollandiyalı özünü yeni çəki dərəcəsində yoxlamaq qərarına gəlib.

Fransa, Koreya Respublikası, Almaniya, Kuba və bir sıra digər ölkələrin komandaları müxtəlif səbəblərə görə Bakıda mübarizə aparmayacaqlar. Ola bilsin, bu, “Böyük dəbilqə”nin tarixinin dəyişdirilməsi ilə bağlıdır. Axı turnir hər il mayın əvvəlində keçirilirdi. Amma İslam Həmrəylik Oyunlarına görə bu dəfə onu mart ayında keçirmək qərara alınıb. İstənilən halda bizi Bakı tatamisində maraqlı görüşlər gözləyir.

Tarix
2017.03.06 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla