Yuxarı

İdmançılarımızdan Macarıstanda uğurlu start

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 28-də Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından Axar.az-a bildiriblər ki, çempionatın ilk günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.

Azərbaycan təmsilçiləri 1 qızıl və 1 bürünc medal qazanıblar. Turnirdə 65 kiloqram çəki dərəcəsində yarışan Teymur Məmmədov ilk görüşdə Rusiya, ardınca Slovakiya, Ukrayna və İsveçrə idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə rəqib Türkiyə idmançısı Haydar Yavuz zədələndiyindən Azərbaycan təmsilçisi qalib elan olunub.

Digər təmsilçimiz İsmayıl Abdullayev (74 kq) əvvəlcə İsveç və Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Fransa təmsilçisini məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Üçüncü yer uğrunda qarşılaşmada o, belaruslu Andrey Karpaçıya qalib gələrək bürünc medal əldə edib.

Pərviz İbrahimov (57 kq) isə ilk iki görüşündə Rumıniya və Gürcüstandan olan rəqiblərinə qalib gəlib. Rusiya idmançısı ilə gərgin keçən yarımfinal görüşündə uduzan güləşçimiz

bürünc medal uğrunda mübarizəyə haqq qazanıb. Bürünc medal qarşılaşmasında ukraynalı Andrey Yatsenkoya uduzan idmançımız beşinci yerlə kifayətlənib.

Tarix
2017.03.28 / 23:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla