Yuxarı

Formula-1 Bakı Qran-Prisinin izləyicisi nə qədər olub?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının mərkəzi küçələrində keçirilmiş Formula-1 Azərbaycan Qran-Prisi üçün yarış məkanına 71 min 541 azarkeş gəlib.

Axar.az xəbər verir ki, Formula-1-in ən yeni məkanı olan Bakı şəhər halqasında ötən il baş tutmuş ilk yarışla müqayisədə bu il keçirilmiş Azərbaycan Qran-Prisinə baxan tamaşaçıların sayı 30 faiz çox olub. Bundan əlavə, bu il yarışı yerində canlı izləmək üçün Bakıya xaricdən ötən ildəkindən iki dəfə çox avtoidman azarkeşi gəlib. Ümumilikdə 65 ölkədən gələn azarkeşlər Bakıda mövsümün ən gərgin və yaddaqalan yarışını izləyiblər. Xaricdən gələn Formula-1 həvəskarlarının sayı bütün tamaşaçıların üçdə birini təşkil edib.

Qran-Prini izləməyə gələn minlərlə azarkeşlə yanaşı, televiziya ekranları qarşısında əyləşən milyonlarla avtoidman həvəskarı uzun müddət yaddaşlarda qalacaq möhtəşəm yarışa tamaşa ediblər. “Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo rəqiblərini üstələyərək 2017-ci il mövsümündə ilk qələbəsini qazanıb. “Mercedes AMG” komandasının pilotu Valtteri Bottas “uçan finlandiyalı” adına sahib olub. Belə ki, o, böyük ustalıq nümayiş etdirərək yarış ərzində ən arxa sıradan ön cərgəyədək gələrək finiş xəttindən əvvəl sonuncu saniyədə “Williams” komandasının pilotu Lens Strolu ötüb və podiumda ikinci pillədə qərarlaşıb. Yarışın son anlarında ikinci pilləni əldən verməsinə baxmayaraq, “Williams” komandasının kanadalı yeniyetmə sürücüsü Lens Stroll Formula-1-də debüt etdiyi ilk mövsümdə ən gənc yaşda podiuma çıxan pilot ünvanına yiyələnib.

Hər bir anı gərgin mübarizə ilə dolu yarışda çempionatın lider pilotlarının – Sebastian Fettel ilə Luis Hamiltonun bolidləri toqquşub. Böyük mübahisə doğuran bu hadisənin Azərbaycan Qran-Prisindən sonra uzun müddət müzakirə olunacağı gözlənilir. Yarış ərzində “Force India” komandasının pilotları arasında da toqquşma olub. Bundan başqa, “McLaren Honda” komandasının pilotu, ötən il Bakıda ilk dəfə keçirilmiş Formula-1 yarışının ulduz elçisi Fernando Alonso yarışı 9-cu yerdə bitirərək builki mövsümdə özünün və komandasının ilk xalını qazanıb.

Azərbaycan Qran-Prisi üçün Bakıya toplaşmış avtoidman azarkeşləri üçün Dənizkənarı Milli Parkda möhtəşəm əyləncə proqramı təqdim olunub. Yarış həftəsonu günlərinin hər axşamında dünya ulduzları bulvar ərazisində salınmış böyük səhnəyə çıxaraq Formula-1 azarkeşlərinə yaddaqalan anlar yaşadıblar. Cümə günü axşam saatlarında türkiyəli məşhur müğənni Tarkan enerji ilə dolu performansı ilə səhnə ətrafına yığışmış avtoidman həvəskarlarına möhtəşəm gecə bəxş edib. Şənbə günü səhnəyə Nikol Şerzinger və “The Black Eyed Peas” qrupu çıxıb. Bazar günü isə dünya musiqisinin ən uğurlu sənətçilərindən biri, əfsanəvi musiqi ulduzu Meraya Keri möhtəşəm konserti ilə yarış və əyləncə həftəsonunun bağlanışını edib.

Tarix
2017.07.03 / 20:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla